Gəncədə silahlı qruplaşmaya qarşı keçirilən əməliyyatda həlak olan MTN zabiti dəfn edilib
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Gəncədə silahlı qruplaşmaya qarşı həyata keçirdiyi əməliyyat zamanı həlak olan zabit dəfn edilib. MTN-in xüsusi təyinatlı dəstəsinin zabiti, polkovnik-leytenant Elşad Quliyev bu gün Bakıda torpağa tapşırılıb. Mərhumun dəfn mərasimində MTN-nin rəhbərliyi də iştirak edib.
Qeyd edək ki, ötən gecə saat 04.00 radələrində Milli Təhlükəsizlik Nazirliyi Gəncə şəhərində terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, üçü yaralanıb. Qarşı tərəfdən isə 1 nəfər ölüb, iki nəfər yaralanıb. Ölən yaraqlının meyiti üzərində partlayıcı olduğundan hadisə yerinə mütəxəssislər çağırılıb. Hadisə yerinə gələn mütəxəssislərin səyi nəticəsində partlayıcı qurğu zərərsizləşdirilib.
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev açıqlamasında Gəncədə nazirlik tərəfindən əməliyyat keçirildiyini təsdiqləyib. Əməliyyat tədbirləri davam etdiyindən, əlavə məlumat verilməyib.
Onu da qeyd edək ki, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyev Azərbaycan prezidentinin 28 mart 2009-cu il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35