2023-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 921,1 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) “Unikal”a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3491,7 manat, qeyri neft-qaz sektorunda 872,1 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 886,8 manat, özəl müəssisələrdə isə 958,5 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.