Rusiya faktiki olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın elan etdiyi "Sülh yollarının kəsişməsi" layihəsini dəstəkləyir. 

"Unikal" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən hökumətlərarası komissiyanın iclası zamanı deyib.

 Onun sözlərinə görə, "Şimal-Cənub" magistral dəhlizinin dördüncü mərhələsinin tikintisi Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu vasitəsilə maliyyələşdirilir: "Fondun Ermənistanda 10 layihədən ibarət bütün investisiya portfeli 533 milyon dollar həcmində qiymətləndirilir, daha 300 milyon dollarlıq layihələr isə təsdiq üçün təqdim olunur". 

Ağarza Elçinoğlu