Yaponiyanın Müdafiə Nazirliyi ölkə tarixində ilk dəfə olaraq qadına ən yüksək admiral rütbəsi verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 57 yaşlı Natsue Kondo Yaponiyanın sahil müdafiə qüvvələrinin komandanı olacaq.

Ölkənin quru və hava qüvvələrində də qadınlar heç vaxt generalın ən yüksək rütbəsi almayıblar.

Yaponiya Müdafiə Nazirliyi hazırda silahlı qüvvələrdə komandanlıq vəzifələrində çalışan qadınların sayının artırılması proqramı həyata keçirir. 2025-ci ilə qədər onlar mayor və yuxarı rütbələrdə olan zabit və generalların ən azı 5%-ni təşkil etməlidir.