Nə Ukrayna, nə də Moldova Avropa İttifaqına daxil olmaq üçün ciddi kriteriyalara cavab verə bilmirlər.

"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dimitri Peskov bildirib.

Kremlin sözçüsü bildirb ki, Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar illərlə, onillərlə davam edə bilər.

“Avropa İttifaqının üzvlüklə bağlı hər zaman ciddi meyarları olub və hazırda aydındır ki, nə Ukrayna, nə də Moldova bu kriteriyalara cavab verə bilmir”, - Peskov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı indi həm blokun fəaliyyəti, həm də iqtisadiyyatı baxımından "tarixinin ən yaxşı dövrü ilə üzləşmir" və Kiyev və Kişinyovla danışıqlara başlamaq qərarının tamamilə siyasiləşdiyi aydınlaşır.
"Avropa İttifaqı bu ölkələrə dəstəyini bu yolla ifadə etmək istəyir, lakin təbii ki, belə yeni üzvlər Avropa İttifaqında faktiki olaraq sabitliyi poza bilər", - Peskov bildirib.

Kreml rəsmisinin sözlərinə görə, Rusiya Avropa İttifaqı ilə eyni qitədə olduğu üçün baş verənləri diqqətlə izləyir.