İtaliyanın "Milan" klubu "Barselona"ya rəsmi müraciət ünvanlayıb.

"Unikal"  xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb. 

Xəbərə görə, İtaliya təmsilçisi hazırda icarə əsasında "Aston Villa"nın formasını geyinən Kleman Lanqleni transfer etmək üçün İspaniya nəhəngi ilə danışıq aparır. Mənbə "Milan"ın sözügedən oyunçunu bu qış heyətinə cəlb etmək niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, Lanqle "Aston Villa"nın əsas heyətində möhkəmlənə bilməyib. İngiltərə Premyer Liqasında 1 matça da çıxmayan 28 yaşlı oyunçu digər turnirlərdə 5 oyun keçirib, məhsuldar göstəricilərlə yadda qalmayıb.