Ermənistanda külli miqdarda pulun respublika sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi faktı müəyyən edilib.

"Unikal" xəbər verir ki, Zvartnots Hava Limanının gömrük nəzarəti zonasında Milan-İrəvan reysi ilə gələn Ermənistan Respublikasının və Rusiya Federasiyasının vətəndaşına baxış keçirilib.

Baxış zamanı bəyan edilməmiş bir milyon ABŞ dolları məbləğində vəsait aşkar edilib.

Faktla bağlı protokol tərtib edilib, Ermənistanın İstintaq Komitəsinə göndərilib.