Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsinə münasibət bildirib.

"Unikal" “Novosti-Georgia”ya istinadən xəbər verir ki, məhbus siyasətçi hesab edir ki, indi regionda özünün “bayrağını ucaldan” Avropa İttifaqının qərarı “heç kim tərəfindən dəyişdirilməyəcək”. 

"Avropa Qafqaza ayaq basıb və biz bir vaxtlar Gürcüstanda qaldırılan Avropa bayrağının bir daha enməməsinə çalışmalıyıq. Bu bayrağı ilk dəfə 2004-cü ildə mən qaldırmışdım. 2008-ci ildə Rusiya onu endirməyə çalışdı, lakin uğursuz oldu. İndi Avropa İttifaqının özü bizim regionda öz bayrağını qaldırıb və heç kim bunu dəyişə bilməyəcək”, - deyə Saakaşvili bildirib. 

Xatırladaq ki, dekabrın 14-də Avropa İttifaqı Gürcüstana üzvlüyə namizəd statusu verib və Ukrayna və Moldovanın da quruma qoşulması ilə bağlı danışıqlara başlamaq qərarına gəlib. 

Nuranə Abbasova