"Türkiyə hər zaman Azərbaycanın yanındadır. Qafqazda təhlükəsizlik və sülhün yolu Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin imzalanmasından keçir".

"Unikal" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

“Azərbaycanla strateji müttəfiqliyimizi möhkəmləndirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir. Xüsusilə müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində sarsılmaz həmrəyliyimizi daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq”, - deyə nazir bildirib.