Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatında kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Hidayət Heydərov bürünc medal əldə edib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Bildirilib ki, H.Heydərov üçüncü yer uğrunda mübarizədə gürcüstanlı rəqibi Laşa Şavdatuaşvili üzərində qələbə qazanıb.