Futbol üzrə İngiltərə Premyer Liqasının XVII turunda “Çelsi” evdə “Şeffild Yunayted”i qəbul edib.

"Unikal" xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 22-yə yüksəldən “Çelsi” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Günün digər bir matçında isə “Mançester Siti” öz meydanında “Kristal Pelas”ı qəbul edib. Görüş 2:2 hesabı ilə bitib.

Bu nəticədən sonra 34 xal toplayan “Mançester Siti” turnir cədvəlində dördüncü yerdə qərarlaşıb.