Pentaqon bu yaxınlarda Yəmənin şimal hakim hərəkatının- "Ənsar Allah" "(Husilər) Qırmızı dənizdə gəmilərə son hücumları fonunda Ədən körfəzinə aviadaşıyıcı zərbə qrupu göndərib. 

"Unikal" xəbər verir ki, bu barədə adı açıqlanmayan rəsmilərə istinadən Politico nəşri məlumat yayıb.

Onlardan birinə görə, "Duayt D. Eyzenhauer" təyyarədaşıyan gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu "son günlərdə" Fars körfəzindən Yəmən sahilləri yaxınlığındakı Ədən körfəzinə "potensial dəstək vermək üçün" köçürülüb. 

Adı açıqlanmayan bir məmur Politico-ya bildirib ki, ABŞ ordusu komandirlərə “husiləri vurmaq” seçimini də verib.

Dekabrın 15-də husilərin Qırmızı dənizdə iki konteyner gəmisinə hücum etdiyi bildirildi.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken demişdi ki, Vaşinqton İsrailə qarşı hər hansı mümkün təcavüzün qarşısını almaq üçün fəal cəhdlər etmək niyyətindədir.