Qəzzada oktyabrın 7-dən indiyə qədər ən azı 95 jurnalist həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera“ kanalı anklavın hakimiyyət orqanlarının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 73-cü gündür ki, davam edir.