ABŞ-nin müdafiə naziri Lloyd Ostin İsrailə səfər edib və səfər zamanı o, xüsusən də İsrail ordusunun HƏMAS yaraqlılarına qarşı əməliyyatlarını ölkənin hərbi rəhbərliyi ilə müzakirə edəcək.

"Unikal" xəbər verir  ki, bu barədə Pentaqonun rəhbəri "X" sosial şəbəkəsində yazıb.

"Amerikanın İsrailə sarsılmaz sadiqliyini təsdiqləmək, HƏMAS-ı məhv etmək üçün İsrail ordusunun əməliyyatlarını müzakirə etmək və mülki əhalinin müdafiəsi və humanitar yardım axınının təmin edilməsinin vacibliyini vurğulamaq üçün İsrailin müdafiə naziri Yoav Gallant, İsrailin baş nazir ofisinin nümayəndələri və hərbi rəhbərliklə görüşəcəyəm",-  Ostin qeyd edib.