Dekabrın sonunda MDB ölkələrinin başçıları ilə görüşməyə ümid edirəm.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB Hökumət Başçıları Şurasının iclasının iştirakçılarına müraciətində deyib. 

O, Avrasiya İqtisadi Şurasının və MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi iclaslarında MDB liderləri ilə Sankt-Peterburqda görüşmək istəyini bildirib: "Çox yaxında, dekabrın sonunda Sankt-Peterburqda Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi iclasında dövlət başçıları ilə görüşməyi ümid edirəm".

Putin qeyd edib ki, humanitar əməkdaşlıq konsepsiyasına bədən tərbiyəsi və idman ayrılmaz tərkib hissəsi kimi daxildir: "Bu istiqamətdə də çox işlər görülür. MDB oyunları və digər idman yarışları mütəmadi olaraq təşkil olunur. Fevralda Kazanda klassik və elektron idman növlərini birləşdirən innovativ “Gələcək Oyunlar”, iyunda isə BRİKS Oyunları keçiriləcək. MDB ölkələrinin idmançılarının onlarda fəal iştirak edəcəyini gözləyirik". 

Ağarza Elçinoğlu