Qəzza zolağında 19400 nəfər İsrail Müdafiə Qüvvələrinin zərbələrinin qurbanı olub.
"Unikal" xəbər verir ki, bu məlumatları anklavın Səhiyyə Nazirliyi yayıb.
Qeyd olunur ki, oktyabrın 7-də vəziyyətin gərginləşməsindən sonra Fələstin-İsrail münaqişəsi zonasında 19 453 nəfər həlak olub, daha 52 286 sakin yaralanıb.
"Biz bütün ölkələri və beynəlxalq təşkilatları yaralıları və xəstələri xilas etmək üçün Qəzzanın şimalında səhra xəstəxanaları yaratmağa çağırırıq", - agentlik bildirib.