İsrail əsgərləri HƏMAS üzvlərindən birinin evindən 1 milyon avrodan çox pul tapıblar.
"Unikal" xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, əsgərlər Qəzza zolağının Cəbəliyyə bölgəsindəki bir evdə 5 milyon şekel (təxminən 1,25 milyon avro) olan çamadanlar tapıblar.
Bu pulların terror fəaliyyəti üçün nəzərdə tutulduğu qeyd edilir.
Çamadanların yanında hərbçilər külli miqdarda silah da aşkar ediblər.