Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Çinə səfərə gəlib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, Mişustin Çin prezidenti Si Cinpin və Dövlət Şurasının baş naziri Li Tsyanla danışıqlar aparacaq.
Mövcud planlara əsasən, iki ölkənin hökumət başçılarının 28-ci növbəti görüşü Pekində keçiriləcək. Gözlənilir ki, Si Cinpin və Li Tsyanla danışıqlar zamanı humanitar və regionlararası mübadilələrə xüsusi diqqət yetirilməklə Rusiya-Çin münasibətlərinin inkişafı müzakirə olunacaq.
Tərəflər ticarət əməkdaşlığının genişləndirilməsinə və birgə iri layihələrin təşviqinə xüsusi diqqət yetirəcəklər. Bir sıra sənədlər, o cümlədən birgə kommünike imzalanacaq.