Türkiyədə 3 nəfər cinayətkar dəstə başçısı həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” platformasında yazıb.
Onun sözlərinə görə, həbs olunanlardan ikisi - Polşada narkotik vasitələrin satışı ilə məşğul olan Thomas Josef Konrad və Çində dələduzluq əməllərinə görə Jinking Peng İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olub.
Həbs olunanlardan Daniel Alexander Muller isə Almaniyada külli miqdarda narkotik vasitələrin (1 ton kokain) müsadirəsindən sonra şübhəli şəxslərin sırasına daxil edilərək təcili həbs olunması üçün axtarışa verilib.