Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda vasitəçi roluna namizəd ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.
Nəşr vurğulayır ki, Qərb Merkelə vasitəçi kimi baxmalıdır, çünki onun əvvəllər Putinlə ünsiyyətdə təcrübəsi olub. Bundan başqa, keçmiş kanslerin hazırkı Almaniya hökuməti ilə birbaşa əlaqəsi yoxdur.
"Bəzən münaqişəni həll etmək üçün etibarlı şəxsin müdaxiləsi tələb olunur", - KİV yazıb.
Məlumata görə, Qərb ölkələri Moskva ilə qeyri-rəsmi danışıqların təşkili üçün daha çox səy göstərməlidir.
Gülayə Mecid