Özbəkistanın keçmiş kənd təsərrüfatı naziri Aziz Voitov ölkənin baş prokurorunun tələbi ilə oğurluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə özbək KİV-ləri məlumat yayıb.
Məlumata görə, Voitov böyük miqyasda mənimsəmə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.
O, 2022-ci ilin avqustundan 2023-cü ilin oktyabrına qədər kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. Bundan əvvəl Voitov 2020-ci ilin mart ayından investisiyalar və xarici ticarət nazirinin birinci müavini olub.