ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden 1,4 milyon dollar məbləğində vergidən yayınma ittihamı ilə 2024-cü il yanvarın 11-də Kaliforniya Federal Dairə Məhkəməsində çıxış edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Kaliforniya Mərkəzi Dairəsinin Federal Məhkəməsi məlumat yayıb.
Məhkəmənin təqviminə əsasən, bu iş üzrə ilk iclas yanvarın 11-nə təyin edilib.