İstanbulda 9 illik evlilik ev heyvanı üstündə başlayan davaya görə boşanma ilə nəticələnib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, V.S. adlı şəxs birinci evliliyindən olan qızı üçün aldığı iti evə gətirib. Onun həyat yoldaşı G.S. itdən qorxduğunu bildirərək buna etiraz edib. 

G.S məhkəməyə verdiyi ərizəsində həyat yoldaşının iti ondan üstün tutmasından incidiyini bildirib. Bundan sonra cütlük arasında itə görə başlayan mübahisə məhkəmədə bitib. Onlar 9 ildən sonra boşanıblar. 

Qadının əri ona maddi ziyana görə 20 min lirə, mənəvi ziyana görə isə 30 min lirə ödəməli olacaq. 

Ağarza Elçinoğlu