Liberal Demokrat Partiyası prezident seçkilərində namizədini müəyyənləşdirib. Belə ki, partiya hazırkı sədr Leonid Slutskinin prezidentliyə namizədliyini irəli sürüb.
"Unikal" xəbər verir ki, bu barədə partiyanın 35-ci seçkiqabağı qurultayında qərar verilib.
Qərar gizli səsvermə yolu ilə qəbul olunub. Ümumilikdə 108 nümayəndə səs verib. 2 bülleten etibarsız sayılıb.
O, Rusiya prezidenti Vladimir Putinlə Duma fraksiyalarının rəhbərləri arasında keçirilən görüşdə dövlət başçısından təkbətək formatda seçki kampaniyasının müzakirə olunmasını xahiş etmişdi.
Ağarza Elçinoğlu