Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe xəstəxanaya yerləşdirilib. 

"Unikal" xəbər verir ki, Yıldız Tilbenin pisləşdiyi və getdiyi xəstəxanada reanimasiyaya aparıldığı iddia edilib.

Pərəstişkarlarını narahat edən Tilbe səhhəti ilə bağlı X hesabında açıqlama verib.

Müğənni “Allaha şükür yaxşıyam” deyib. Qızdırmam olandan sonra davranışım bir az dəyişdi, iki yad adam kimi özümlə oturmuşduq. “O, bir az çətindi, mən problemliyəm, hirslənmək ərəfəsindəyəm, bəlkə də onların üçüncüsü olacam”. -deyə açıqlamasında yazıb.

Yıldız Tilbe növbəti paylaşımında bunları deyib: “Mən buradayam. Allaha şükür edirəm. Xəstəxanadakı adamı tanımıram. Heç bir fikrim yoxdur. Allah hamıya şəfa versin. Mənə də həmçinin. Amin" o yazıb