Braziliyanın birinci xanımı Rosangela Lula da Silva hesabının sındırılmasından sonra "X" sosial şəbəkəsini (keçmiş Twitter) məhkəməyə vermək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə telekanal CNN Brasil məlumat yayıb.

Telekanal prezidentin həyat yoldaşından sitat gətirib: "Onları harda məhkəməyə verəcəyimi belə bilmirəm: ABŞ-da, yoxsa Braziliyada, amma mütləq məhkəməyə müraciət edəcəyəm". Birinci xanımın sözlərinə görə, "X" sosial şəbəkəsi sındırıldıqdan sonra hesabını tez bir zamanda dondura bilməyib, proses1,5 saat çəkib.

Kanal daha əvvəl bildirmişdi ki, dekabrın 12-də Rosangela Lula da Silvanın "X" səhifəsində söyüş və təhqirlərin yer aldığı çoxlu sayda "pornoqrafik və mizoginistik xarakterli" şəkillər yerləşdirilib.