"Roma" hücum xəttini kiminlə gücləndirəcəyini müəyyənləşdirib. 

"Unikal" fanat.az-a istinadən xəbər verir ki, paytaxt klubu “Cenoa”nın hücumçusu Albert Qudmundssonu transfer etmək niyyətindədir. 

İnformasiyanı "Calcio Mercato" yayıb. 

Mənbənin məlumatına görə, mövsümün əvvəlindən izlənilən islandiyalı forvard komandada Paulo Dibalanı əvəz edə bilər. "Roma" onun "Stadio Olimpiko"ya gəlişini qışda reallaşdırmağa can atır.

Argentinalı Dibala hələ müqavilənin müqaviləsinin uzadılması ilə bağlı qərar verməyib.

Albertin "Cenoa" ilə 2027-ci ilə qədər müddətə müqaviləsi var. Futbolçunun transfer qiyməti 12 milyon avrodur.

Cari mövsümdə o, 16 matçda 8 qol vurub