"Avropa İttifaqı namizəd ölkələrin üzvlüyünü gecikdirəcək" 

"Unikal" xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, namizəd statusunun verilməsi onların Avropa Birliyinə üzv olacağı anlamına gəlmir.

“Proses onlarla başlayacaq, lakin onlar da gecikəcək”, - Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə Aİ üzvlüyünə digər dövlətlərlə müqayisədə daha  da hazırdır, lakin siyasi maneələr üzündən qapıda gözləməli olur.

Məlumat üçün bildirək ki, Türkiyə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara 2005-ci ildə başlayıb.