Müharibədən qaçaraq Ermənistanda gizlənən rusiyalı hərbçi Dmitri Setrakov Rusiyaya aparılıb.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, hüquq müdafiəçilərinin bildirdiyinə görə, Setrakov Rostov-na-Donuda Cənub Hərbi Dairəsi üzrə regional Hərbi Polis İdarəsindədir.

Xatırladaq ki, Dmitri Setrakov noyabrın 30-da Ermənistana gedib, dekabrın 7-də isə Rusiya hərbi bazasının yerləşdiyi Gümrü şəhərində Rusiya hərbi polisi tərəfindən saxlanılıb. Həmin şəxs o vaxtdan bazada saxlanılır. Rusiyada Setrakova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 337-ci maddəsinin 5-ci bəndi üzrə (hərbi xidmətə çağırış və ya müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçunun hərbi hissəni və ya xidmət yerini icazəsiz tərk etmə, hərbi xidmət zamanı hərbi hissəni və ya xidmət yerini icazəsiz tərk etmə) cinayət işi açılıb.

Nuranə Abbasova