Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ildə prezident seçkilərini keçirməyə hazır olmadığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, Ali Rada da buraxılmayacaq.

“Müharibə zamanı seçki keçirə bilməzsiniz. Biz ancaq Ukrayna qanunvericiliyinə uyğun hərəkət edə bilərik. Mən isə Ukrayna qanunlarına uyğun yaşayıram. Ən azından bunun üçün hər şeyi edirəm”, - prezident bildirib.