Keniyada davam edən leysan və daşqınlar nəticəsində 174 nəfər həyatını itirib.  

"Unikal" xəbər verir ki, bu barədə Keniya hökumətinin sözçüsü İsaak Mvaura məlumat yayıb. 

Onun sözlərinə görə, ölkədə daşqınla bağlı vəziyyət yavaş-yavaş stabilləşir. Ümumilikdə, bu ilin oktyabr ayından Keniyanın 47 bölgəsindən 38-də El Nino fenomeninin yaratdığı təbii fəlakətlər baş verib. Daşqınlar evləri aparıb, əkin sahələrini su basıb, mal-qaranı tələf edib. Əlverişsiz hava şəraitindən ən çox ölkənin cənub-şərq rayonları zərər çəkib