2023-cü ilin fevralında baş verən zəlzələdə Türkiyəyə dəymiş ümumi zərər 110 milyard dollar təşkil edib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Mehmed Özhaseki bildirib. 

O, Türkiyə ərazisinin 66%-nin seysmik risk zonasında olduğunu qeyd edib: "Fevralın 6-da baş vermiş zəlzələlərdən ümumi itkilərimiz 110 milyard dollar həcmində qiymətləndirilir. Ölkə ərazisinin 66 faizi, vətəndaşların 71 faizi birinci və ikinci dərəcəli zəlzələ riski altındadır". 

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Nəticədə on minlərlə insan həlak olub.

Ağarza Elçinoğlu