İstanbulun  Boğaziçi Kabataş səmtində gənc oğlan özünü dənizə  atıb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb oğlanın əsgərliyə çağırılmaması olub. Belə ki,  21 yaşlı H.K səhhətindəki problemlərə görə, əsgərliyə gedə bilməyəcəyi xəbərini eşidib. Buna kədərlənən oğlan çarəni dənizə atmaqda görüb.  

Lakin ətrafdakı insanların köməyi ilə H.K xilas edilib. O, xəstəxanaya yerləşdirilib. 

Gülayə Mecid