Azərbaycanda tibbi tullantıların idarəolunmasında fəaliyyət planının təqdimatı nəzərdə tutulur. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Soltan Məmmədov parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə deyib. 

Deputat bildirib ki, bəzi tibbi müəssisələri tullantıları keyfiyyətli formada zərərsizləşdirmir: “Bəzən tibbi tullantılar MTK tərəfindən bərk məişət tullantıları ilə birgə daşınması faktları var. Ümumilikdə tibbi tullantıların idarəolunmasında müəyyən çətinliklər mövcuddur. Qurumlar arasında koordinasiya daha dəqiq müəyyən olunmalı, bu sahə üzrə monitorinq yoxlamalarının gücləndirilməsinə ehtiyac var”.