Türkiyənin Lüleburgaz rayonunda yol vermə üstündə çıxan davada 1 nəfər həyatını itirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, iki avtomobil yolda qarşı-qarşıya gəlib. Bu zaman sürücülərdən biri digərinə yol verməsini tələb edib. 

H.L adlı sürücü avtomobilini geri çəkmək istəməyib. Bundan sonra sürücülər arasında başlayan mübahisə davaya çevrilib. Bu zaman H.L üzərində daşıdığı silahla digər sürücünü vurub. Ağır yaralanan kişi hadisə yerində dünyasını dəyişib.  

İnsidentin görüntüləri təhlükəsizlik kameralarına düşüb. 

Fidan Camal