Türkiyədə İYİ Partiyanın Ankaradan seçilən millət vəkili Yüksel Arslan partiyasından istefa verib. 

"Unikal" xəbər verir ki, bu barədə deputat özü açıqlayıb. 

Arslan istefa ərizəsində bildirib: "Mənsur Yavaşı dəstəkləməyi insani, vicdanlı və mənəvi bir məsuliyyət, sədaqət kimi görürəm. Yavaşı uşaqlıqdan tanıyıram". 

Bu istefa ilə Meral Akşenerin lideri olduğu İYİ Partiyanın TBMM-dəki təmsilçilərinin sayı 38-ə enib.

Ağarza Elçinoğlu