Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umyerovun üç övladının ABŞ vətəndaşı olması barədə məlumat yayılıb.

"Unikal" xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. 

KİV-də Umerovun övladlarının 2022-ci ildən Amerika pasportlarına malik olduqları qeyd olunub. Nəşr iddia edir ki, müdafiə nazirinin ikinci qızı doğulandan dərhal sonra ABŞ pasportu alıb. Həmçinin, nazirin oğlu Seyid Əhməd Umyerovun Ukrayna vətəndaşlığı olsa da, qeydiyyat yerinin ABŞ olduğu göstərilib. 

Gülayə Mecid