"Ötən gün Xankəndi stadionunda baş verən hadisə sırf futbol oyunu deyildi. Bu futbol vasitəsilə siyasi sahəyə bir ismarıc idi".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa deyib.
“Prezident İlham Əliyev topa zərbə vuranda həm də onun içərisinə doldurulan Amerikadan siyasi ab-havanı da bir zərbə ilə əslində göstərdi ki, dağıtmaq iqtidarına sahibdir. Artıq bir çox şey aydın oldu ki, Azərbaycanın taleyindəki məsələlər çox az səviyyədə Vaşinqtonda, Brüsseldə, Moskvada həll olunur", - deyə F.Mustafa bildirib.
Anar Kəlbiyev