Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
“Unikal” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər.