Amerikalı aktrisa Ancelina Coli dünyada ədalət və insan haqlarının hamı üçün eyni olmadığını, "İnsan haqları var, amma kimin üçün? Bəzən var,amma bir qrup üçün bəzən yoxdur." deyib.

"Unikal" xəbər verir ki, amerikalı aktrisa Coli suriyalı jurnalist və kinorejissor Vaad Əl-Kateab ilə rejissoru olduğu “Biz xəyal etməyə cəsarət edirik” filmi haqda müsahibə verib.

Təxminən 20 il əvvəl Birləşmiş Millətlər Təşkilatının (BMT) çətiri altında beynəlxalq fəaliyyətə başladığını və insan haqları ilə bağlı hədəfləri olduğunu bildirən Coli, "İnsan haqları ilə bağlı bir fikir var idi. Buna görə də hüquqlar müəyyənləşir, insanlar nəyəsə ayağa qalxır və elə bir hiss var ki, edilməli olanlar edilməzsə, reaksiya olacaq." "Mənim bir fikrim var idi. Mən həqiqətən də belə düşünürdüm. Hətta Birləşmiş Millətlər Təşkilatının belə olduğunu düşünürdüm". 

Zamanla şahidi olduğu hadisələrin dünyada baş verən ədalətsizliyi anlamağa kömək etdiyini söyləyən Coli, "İnsan hüquqları var, amma kimin üçün? Bəzən var, bəzən də onlar üçün var. Amma bəzən bir qrup üçün yoxdur. " qiymətləndirməsini edib.

Ədalət və insan haqlarının hər kəs üçün eyni olmadığını, bəzi insanların törətdikləri cinayətlərə görə hesab belə verilmədiyini qeyd edən Coli, "Bəzi insanlardan cinayətlərinə görə cavab verməsi istənilərkən, digərlərinə toxunulmaz qalır. Bu, gündən-günə daha çox şahidi olduğumuz dünyamızın çirkin simasıdır".

Digər tərəfdən, Coli 1 noyabrda İsrailin Qəzzaya hücumları ilə bağlı sosial media platforması İnstaqramda etdiyi paylaşımda, "Bu, Qəzzada qapalı qalan,qaçmağa yeri olmayan əhalinin qəsdən bombardmanıdır. Qəzza açıq bir ərazi olmuşdur. Təxminən 20 ildir həbsxanaya çevrilib, indi isə sürətlə qırğın yerinə çevrilir."  

Qəzzada uşaq və ailələrin öldürülməsinə diqqət çəkən Coli, “Milyonlarla fələstinli mülki, uşaq, qadın və ailə beynəlxalq hüquqa zidd olaraq kollektiv şəkildə cəzalandırılır və qeyri-insani rəftara məruz qalır, qida, dərman və humanitar yardımdan məhrum edilir. 

“Humanitar atəşkəs tələbindən imtina edərək və BMT Təhlükəsizlik Şurasının tərəflərə atəşkəs tətbiq etməsinə mane olmaqla, dünya liderləri bu cinayətlərə şərik olurlar”, – Ancelina Coli öz postunda yazıb.