Qərb ölkələri Rusiya Federasiyasına qarşı “buz müharibəsi” aparır və Ukraynada “qaynar” müharibədə iştirak edirlər.

"Unikal" xəbər verir ki,  bunu  rusiyalı senator Aleksey Puşkov özünün "Telegram" kanalında bildirib. 

Belə ki, o, Finlandiyanın müdafiə naziri Antti Hakkanenin Qərblə Rusiya arasında yeni “soyuq müharibə”nin başladığı barədə sözlərini şərh edib.

Puşkov bildirib ki, Qərb Rusiya Federasiyası ilə soyuq müharibəyə hazırlaşmır, ona iki il əvvəl “ən aktiv formada” başlayıb. Eyni zamanda, senatorun sözlərinə görə, Qərb siyasətçiləri bu qarşıdurmaya hələ 2014-cü ildə, ilk anti-Rusiya sanksiyalarını tətbiq edəndə və NATO-nun şərqə doğru genişlənməsi nöqteyi-nəzərindən xeyli əvvəl hazırlaşmağa başlayıblar.