Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırıram.
Biz ölkənizə və onun vətəndaşlarına yorulmaz xidmətinizə görə Sizə minnətdarlığımızı bildiririk və hər zaman Sizi dəstəkləyəcəyik.
Sizə həm şəxsi həyatınızda, həm də ali dövləti fəaliyyətinizdə uğurlar və xoşbəxtlik dolu bir il diləyirik".
2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç də Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident, əziz dost.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizin fəal işiniz, dövlətin qarşısında duran əsas vəzifələri səmərəli surətdə həll etmək və beynəlxalq məsələlərin həlli yollarını tapmaq bacarığınız Sizə haqlı olaraq bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb.
Sizə dost deyə müraciət edə və ünsiyyət qura bildiyimə görə taleyimə minnətdaram.
Cənab Prezident, icazə verin, Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və firavanlıq arzulayım.
Fürsətdən istifadə edərək Sizə, ailənizə və ölkənizə Yeni illə bağlı ən xoş arzularımı bildirirəm".
2015-2020-ci illərdə Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri, hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə cansağlığı və ən xoş arzularımı çatdırıram. Həmçinin böyük Azərbaycan dövlətinin və bütün regionun davamlı sülh, təhlükəsizlik və firavanlığa doğru aparılması istiqamətində fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram".