İndoneziyada nikel emalı zavodunda partlayış baş verib. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, baş verən partlayış nəticəsində azı 12 nəfər həlak olub. 39 nəfər isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

İlkin araşdırmalar partlayışın təmir işləri zamanı baş verdiyini göstərib.