Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq miqyasda get-gedə artan nüfuzu bizim üçün iftixarverici hadisədir.
"Unikal" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Prezident İlham Əliyevə ünvanladığı təbrikdə bildirib.
“Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq və həmrəylik telləri bu günə qədər olduğu kimi, gələcəkdə də münasibətlərimiz baxımından güclü bünövrə təşkil etməyə davam edəcək”, - deyə Ərdoğan vurğulayıb.