Rusiya lideri Vladimir Putin Aİİ toplantısında zarafatla belaruslu həmkarı Aleksandr Lukaşenkodan acgözlük etməməyi xahiş edib.

"Unikal" xəbər verir ki, Belarus prezidenti ölkədə ərzaq təminatından danışaraq, yumurta mövzusunu xüsusi vurğulayıb.

"Öz istehsalımız hesabına biz daxili tələbatımızı taxıl, donuz əti, quş əti, süd, tərəvəz, bitki yağı, toyuq yumurtasına ödəyirik", - Lukaşenko qeyd edib.

Buna cavab olaraq Putin zarafatla ondan acgözlük etməməyi və Rusiyaya bir az yumurta verməsini xahiş edib.