Şaxta baba Antarktida da daxil olmaqla dünyanın hər bir qitəsini ziyarət edib və demək olar ki, 7,9 milyon hədiyyə bağışlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) saytında məlumat verilib.

Xəritəyə görə, Şaxta baba Azərbaycana da səfər edib, Bakı və Gəncə şəhərlərində hədiyyə paylayıb. O, həmçinin, Rusiya, Ukraynada da olub. Lakin Belarusdan yan keçib.

Şaxta babanın yerini müəyyən etmək üçün radar sistemləri, peyklər və qırıcı təyyarələrdən istifadə edilir.

Şaxta babanın çatdırdığı hədiyyələrin dəqiq sayı 7 883 263 ədəddir.

Nuranə Abbasova