İran prezidenti İbrahim Rəisi yanvarın 4-də Türkiyəyə səfər edə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə "Hürriyət" qəzeti məlumat yayıb. 

KİV bildirir ki, heç bir dəyişiklik olmasa, səfər təyin olunmuş tarixdə baş tutacaq. 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rəisinin noyabrın 28-də ölkəsinə səfərinin, eləcə də Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının gözlənildiyini açıqlamışdı. Lakin Rəisi həmin vaxt Ankaraya gəlməyib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, səfər BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı iclası ilə əlaqədar təxirə salınıb.

Gülayə Mecid