Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov prezident seçkilərində 30 nəfərin öz namizədliyini irəli sürmək arzusunda olması barədə bəyanatını şərh edib.
"Unikal" xəbər verir ki, o, bu barədə yerli KİV-ə açıqlamasında deyib.
"Təbii ki, öz siyasi ambisiyalarını bəyan edən insanlar olacaq. Bəziləri üçün həyata keçirilə bilər, bəziləri üçün isə yox", - Peskov qeyd edib.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü ilin martında keçiriləcək. Əsas səsvermə üç gün - martın 15-dən 17-dək davam edəcək. Erkən dövr fevralın 25-dən martın 14-dək davam edəcək .