Xəbər verdiyimiz kimi, Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü başlayıb.

"Unikal" xarici KİV-ə istinadən bildirir ki, qeyri-rəsmi görüşdən əvvəl MDB liderləri üçün tur təşkil edilib. 

Gəzinti zamanı Rusiya lideri Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət baş tutub. Videodan aydın olur ki, Rusiya liderinin dedikləri Paşinyanın qanını qaraldıb. 

Qeyd edək ki, həmin an Azərbaycan və Belarus liderlərinin ikitərəfli görüşü keçirilirdi. 

Ağarza Elçinoğlu