İranın Məşhəd şəhərində universitet və məktəblərdə əyani dərslər dayandırılıb.

"Unikal" xəbər verir ki, İranın Xorasan-e-Rəzəvi əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin direktoru bunu toz dumanı ilə əlaqələndirib.

"Əyalətin tozla mübarizə üzrə fövqəladə işçi qrupunun qərarına görə, çərşənbə günü məktəb, universitet və digər təhsil mərkəzlərində əyani dərslər keçirilməyəcək", - deyə o bildirib.